Mal və qoyun əti yenidən bahalaşır

Azərbaycanda son ayda mal ətinin qiymətində yenidən artım müşahidə edilir.

Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki, sümüklü doğranmış mal ətinin hər kiloqramın qiyməti 10.36 manatdan 10.54 manata kimi artım yaşayıb. Bu da 1.7% bahalaşma deməkdir. Bu barədə Dövlət Statistika Komitəsi avqustun 1-nə olan məlumatı yayır. İlin əvvəlində isə bu məhsul 11.47 manat idi. Sonradan ucuzlaşaraq iyulun əvvəlinə ilin minimal qiymətinə (10.36 manat)qədər ucuzlaşmışdı.

Sümüksüz mal ətinin hər kiloqramının qiyməti iyul ayında 12.40 manatdan 12.44 manata qədər bahalaşıb. Bu da aylıq 0.3% artım deməkdir.

Qoyun ətinin qiyməti isə iyulun əvvəlinə 11.74 manat olduğu halda avqustun əvvəlinə 11.90 manata qədər bahalaşıb. Bu da 1.4% artım dinamikasıdır.