Tərkibində vaksin olan pomidorlar yetişdirilir

Özbəkistanda tərkibində koronavirusa qarşı vaksin olan pomidorların yetişdirilməsinə başlanıb.

Foodinfo.az Oxu.az-a istinadən xəbər verir ki, qeyri-adi tərəvəzin toxumları ölkənin Elmlər Akademiyasının alimləri tərəfindən hazırlanıb.
Vaksinli pomidorların iki ay sonra yetişəcəyi bildirilib.
Alimlərin sözlərinə görə, onarın müalicəvi effekti barədə danışmaq hələ ki tezdir.