2021-ci ildə Azərbaycan Rusiyadan 300 tona yaxın dondurma idxal edib

Cari il Rusiya (avqustun 8-nə) 14 min ton dondurma ixrac edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur (5,8 min ton). Bu barədə Rosselxoznadzor “Arqus” informasiya sisteminin məlumatlarına istinadən məlumat verir.

Foodinfo.az xəbər verir ki,  Azərbaycana dondurma idxalı 283 ton təşkil edib.

Bu dövr ərzində süd və süd məhsullarının ixracı 122,5 min ton təşkil edib, bu da 2020-ci ilin analoji dövründən 59% çoxdur. Əsas alıcılar Ukrayna (31,6 min ton), Qazaxıstan (28,8 min ton), Azərbaycan (15,7 min ton), Belarus (10,9 min ton) və Özbəkistan (3,8 min ton) olub.