Sumqayıtda qanunsuz quş kəsimi və satışı fəaliyyəti dayandırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan Foodinfo.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Çerkassi küçəsi 41/A (texniki peşə məktəbinin stadionunun ərazisi) ünvanında qanunsuz quş kəsimi və satışı fəaliyyətinin qarşısının alınması üçün yoxlama keçirilib. Yoxlama zamanı quş kəsimi və satışının qanunsuz, antisanitar şəraitdə həyata keçirildiyi aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, aidiyyəti üzrə yerli icra orqanlarına məktub ünvanlanıb, qanunsuz quş kəsimi və satışı fəaliyyəti dayandırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da alınacaqdır.