Azərbaycan I yarımillikdə şokolad ixracını 27%, idxalını 16% artırıb

Azərbaycan 2021-ci ilin I yarısında 14,164 min ton şokolad idxal edib, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 16,2% çoxdur.

Foodinfo.az xəbər verir ki, ölkəyə idxa olunan şokoladın dəyəri $42 milyon 192,63 min həcmində qiymətləndirilir (artım 25,5%).

Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. Xüsusilə, 2021-ci ilin 6 ayı ərzində RF-dən $17 milyon 231,56 min dəyərində (artım 19%) 7,706 min ton (artım 15,9%) şokolad idxal edilib. Hesabat dövründə Azərbaycana şokolad idxalının 54,4%-i RF-nin payına düşüb.

Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukrayna olub. Birinci yarımillikdə bu ölkədən $2 milyon 249,648 min dəyərində 1,061 ton məhsul idxal edilib.

Eyni zamanda, Azərbaycan yanvar-iyun aylarında $1 milyon 974,96 min dəyərində (artım 8,8%) 991,22 ton (artım 27%) şokolad ixrac edib. Həmçinin, Rusiyaya $634 min (artım 25,3%) ixracın həcmi 323,24 ton (artım 31%) olub.