8 ictimai iaşə obyekti cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 9-da ölkə üzrə 402 ictimai iaşə obyektində 675 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Puşkin küç., ev 13 ünvanında yerləşən, fiziki şəxs Əhmədova Vüsalə Səmədovna qızına məxsus kafe;

2. Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., ev 417 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Ramin Xalidşah oğluna məxsus dönərxana;

3. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., Heybət Eyvazov küçəsi 341 ünvanında yerləşən, fiziki şəxs Atakişiyev Rafael Vəfadar oğluna məxsus kafe;

4. Bakı şəhəri, Nizami rayonu, Qarayev küç., ev 39 ünvanında yerləşən, hüquqi şəxs “Es-Er” MMC-yə məxsus restoran;

5. Bakı mşəhəri, Nərimanov rayonu, Gənclik Mall-da yerləşən, hüquqi şəxs “Özsüt Azerbaijan” MMC-yə məxsus “Özsüt” restoranı;

6. Bakı şəhəri, Yasamal rayonu, Salaxana küç., ev 24/65 ünvanında yerləşən, fiziki şəxs Həsənova Güləbatin Mahmud qızına məxsus kafe;

7. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 75 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Səməd Zahir oğluna məxsus “Adana” ailəvi restoranı;

8. Şəki şəhəri, F. Axundov pr., ev 152 ünvanında yerləşən, hüquqi şəxs “Resant Group” MMC-yə məxsus “Şəki xanlığı” restoranı.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.