AQTİ-də Tvinninq layihəsi çərçivəsində növbəti görüş keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” üzrə Tvinninq layihəsi çərçivəsində növbəti görüş keçirilib. Qeyd edək ki, layihənin keçirilməsində məqsəd diqqəti bitki mənşəli qida və yemlərə ayırmaqla, sanitar və fitosanitar qaydalara uyğun qanunvericiliyi daha da inkişaf etdirib təkmilləşdirmək, həmçinin beynəlxalq standartlarla uyğunlaşdırmaqdan ibarətdir.

Foodinfo.az-ın bildirilib ki, Bitki mühafizəsi üzrə Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) fəaliyyətinin və funksionallığının daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə keçirilən budəfəki görüşdə layihə çərçivəsində əməkdaşlığın əhəmiyyəti barədə danışılıb.

Görüş çərçivəsində tvinninq layihəsinin rezident məsləhətçisi Gintaras Lapinskasa və Latviya Dövlət Bitki Mühafizəsi Xidmətinin əməkdaşı Quntars Kostsa Azərbaycandan ixrac edilən bitki və bitkiçilik məhsullarının rəqabətqabiliyyətliyinin, beynəlxalq standartların tələblərinə uyğunluğunun təmin edilməsi məqsədilə bitki mühafizə vasitələrinə nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, beynəlxalq əməkdaşlıq barədə ətraflı məlumat verilib.

Həmçinin görüşdə bitki mühafizəsi üzrə AQTİS-in infrastrukturunun və fəaliyyətinin daha da təkmilləşdirilməsi sahəsində birgə əməkdaşlığın perspektivi müzakirə olunub.

Sonda bitki sağlamlığı üzrə mütəxəssisləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.