“Delta” ştammı yayılmağa davam edəcək

Koronavirusun “Delta” ştammı önümüzdəki aylarda dünyada öz hökmranlığını qoruyacaq.

Foodinfo.az xəbər verir ki, bu haqda Avropanın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, hazırki tendensiyalara əsasən, “Delta” ştammı önümüzdəki aylarda dünyada dominantlıq edən ştamm olacaq.

Həmçinin vurğulanır ki, yeni, daha rəqabət qabiliyyətli virus peyda olmayacağı təqdirdə, “Delta” ştammı digər ştammların dövriyyəsini sıxışdıraraq yayılmağa davam edəcək.

Qeyd edək ki, “Delta” ştammı demək olar ki, bütün  Avropa ölkələrində, eləcə də Azərbaycanda qeydə alınıb.