Hande Harmancı: “Delta” ştammına qarşı yeni mübarizə üsulu yoxdur”

“Artıq Azərbaycanda “Delta” ştammının olması təsdiqləndi. Hər kəs bu variantın ölkəyə gələcəyini onsuz da bilirdi”.

Foodinfo.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

ÜST rəsmisi bildirib ki, bu variantın özəlliyi daha sürətlə yayılmasıdır:

“Buna görə də çox sayda insan xəstələnə bilir. Yeni varianta qarşı yeni mübarizə üsulu yoxdur. Tələblər eynidir. Mütləq şəkildə peyvənd vurdurmaq lazımdır. Azərbaycan hökumətinin vətəndaşlara vurdurulması üçün təqdim etdiyi peyvəndlərdən birini vurdurmaq məsləhətdir. Digər tərəfdən də gigiyenik qaydalara əməl etmək şərtdir”.