“Atena”: “Xətanı aradan qaldıracağıq”

“Atena” şirkəti yağın üzərində etiketləmə zamanı edilən səhvlə bağlı açıqlama yayıb.
Foodinfo.az-ın məlumatına görə, açıqlamada deyilir:
“Bir neçə gündür müxtəlif sosial şəbəkələrdə Atena kərə yağı haqqında paylaşılmış videoda göründüyü kimi, qablaşdırma üzərində texnik xəta olaraq 1 kq əvəzinə 200 qr qeyd edilmişdir. İstehlakçılarımızın diqqətinə çatdırmaq istərdik ki, faktiki olaraq məhsulun xalis çəkisi 1 kq təşkil edir. Çəki ilə bağlı heç bir narahatlığa əsas yoxdur. Bu xətanı ən qısa zamanda aradan qaldıracağıq.
Onu da qeyd etmək istəyirik ki, “Atena” kərə yağını vakum paketdə istehsal etməklə onu kənar fiziki təsirlərdən qoruyuruq. Bununla da əlavə qatqı olmadan məhsulun keyfiyyətini uzun müddət saxlamaq mümkün olur”.