3 sahibkarlıq subyekti qeydiyyata alınmadı

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il iyulun 6-da qida məhsulları sahəsində fəaliyyət göstərən 25 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, qeyd edilən tarixdə 3 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.