Bakı sakini restoranda bədbəxt hadisə nəticəsində ölüb

İyulun 3-ü saat 15 radələrində rayon sakini Hüseyn Mirzəyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Foodinfo.az xəbər verir ki, Səbail rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, Hüseyn Mirzəyev Səbail rayonu, E.Əzizov küçəsində yerləşən “Qurman” restoranında optik kabel xəttində yaranmış nasazlığı aradan qaldırarkən elektrik xəttinə toxunması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.