Süddəki hiylələrə DİQQƏT!

Həcmi artırmaq üçün südə bəzi hiylələr qatırlar.
Foodinfo.az xəbər verir ki, türkiyəli qida texnoloqu Yeşim Ekinci bununla bağlı önəmli açıqlamalar verib:
“Ən çox rastlanılan hiylələrdən biri içərisinə ağardıcı yəni camaşır suyunun qatılması, yağı çəkildikdən sonra bitki yağının əlavə edilməsi kimi hallardlr. Ümumiyyətlə çiy südün tərkibində xəstəliklərə səbəb olan mikroblar vardır. Buna görə də istifadədən əvvəl qaynatmalısınız. Qurumlar tərəfindən hiylə edən firmalar ifşa edilir. Amma buna baxmayaraq hələ də davam edir. Ona görə də keyfiyyətli hesab etdiyimiz, qaynağını bildiyimiz süddən istifadə etmək lazımdır. Südü uzun müddət qaynatmaq olmaz. Çünki qida dəyəri düşür. Südü 63-65 dərəcədə 30-32 dəqiqə və ya 71-74 dərəcədə 15-30 saniyə qaynatmaq kifayətdir”.