Yumurta istehsalı azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 213,7 min ton ət, 874,7 min ton süd, 800,8 mln. ədəd yumurta istehsal edilib.

Foodinfo.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3%, süd istehsalı 1,8% artıb, yumurta istehsalı isə 4,2% azalıb.