Nə üçün qarpızla yemişi birlikdə yemək olmaz?

Bir çox hallarda qarpızla yemiş masaya birlikdə verilir. Lakin diyetoloqlar xəbərdarlıq edirlər ki, qarpızla yemişi birlikdə yemək olmaz.

Foodinfo.az Saglamolun.az-a istinadən bildirir ki, bu köp, qarında ağrı və ağırlıq, həzm pozulmalarına səbəb ola bilər.

Məsələ burasındadır ki, yemiş ağır məhsuldur və çətin həzm olunur. Bu səbəbdən yemişi tək qarpızla deyil, heç bir məhsulla bir yerdə yemək olmaz. Yemişi ayrı yemək lazımdır.

Həmçinin diyetoloqlar yemişi axşam vaxtı deyil, günorta vaxtı yeməyi tövsiyə edirlər.