Kələm pəhrizi

Bu pəhriz vasitəsilə 10 gündə 7-10 kq arıqlamaq olar, bir şərtlə ki, pəhrizə ciddi riayət edəsiniz. Foodinfo.az pəhrizin şərtlərini təqdim edir:

– Səhər : 1 stəkan şəkərsiz kofe

– Nahar: kələm salatı ( kələmi xırda-xırda doğrayırıq, üzərinə 1 qaşıq rafine edilməmiş bitki yağı tökürük).

– Şam yeməyi: 200 qr ət və 1 stəkan kefir (kefiri alarkən yağlılığının az olmasına nəzarət edin).

Aşağıdakıları mütləq nəzərə alın:

– Bir gün fasilə etməklə yumurta da yemək olar.

– Yeməklər mütləq duzsuz olmalıdır.

– Acdıqca kələm yeyib aclığa üstün gəlmək olar.