Arıqlamaq üçün əvəzsiz qida

Dietoloq Nərgiz Nəzirova arıqlamaq istəyənlərə mövsümi meyvələrdən alça yeməyi tövsiyə edib.
Ekspert yaşıl alçanın bir çox faydalı xüsusiyyətlərindən bəhs edib.
Foodinfo.az publika.az-a istinadən xəbər verir ki, o bunları deyib:
“Yaşıl alça təbii antioksidantlarla zəngindir. Antioksidantlar orqanizmi cavanlaşdırır və ziyanlı maddələrdən təmizləyir.Alçanın tərkibində bir çox faydalı maddələr var – orqanik turşular, pektin, A, PP, C vitaminləri, dəmir, kalsium, maqnezium, kalium, fosfor və s. Turşularla zəngin olan meyvə orqanizmdə olan piyləri parçalayır, xolesterinin və şəkərin səviyyəsini aşağı salır.
Arıqlamaq istəyən insanlar alçanı öz pəhrizinə daxil etməlidir”, – deyə dietoloq qeyd edib.