Bu qida xolesterolun dərmanıdır

Yüksək xolesterol infarkt və koroner ürək xəstəliyi üçün risk faktorudur, çünki damarlarda yığılır, onları daraldır.
Foodinfo.az xəbər verir ki, xolesterol bir sıra ciddi xəstəliklərə səbəb ola bilər. Bunun qarşısını almaq üçün düzgün qidalanma ilə yanaşı, idmanla məşğul olmaq da çox önəmlidir.
Xolesterolun qarşısını almaq üçün bəzi qidaların gücündən faydalanmaq olar. Onlardan biri də sarımsaqdır.
Sarımsaq potasium mineralı, A və C vitamini tərkiblidir. Qan laxtalanmasının qarşısını alaraq damarların tıxanmasını əngəlləyir. Ürək və damar problemləri içində möcüzəvi qidadır. Güclü bir antioksidan olan sarımsaq, damar tıxanıqlığının qarşısının alınmasında, qan təzyiqi və yağların azalmasına kömək edir.