Bu yumurtanın qiyməti “dodaq uçuqladır”

Tükiyənin Manisa şəhərində İsa Dəvəçi adlı gənc fermerin toyuqları mavi rəngli yumurta yumurtlayır.

Foodinfo.az-ın xəbərinə görə, Amerikanın “Araucanas” cinsinə mənsub olan ev heyvanları sahibinə xeyli sərvət qazandırıb. Belə ki, İsa toyuq yumurtalarının bir ədədini 10 dollara satır.

Fermer toyuqları bir dostunun yardımıyla ABŞ-dan gətirtdiyini və hazırda 60 ədəd cins heyvana sahib olduğunu açıqlayıb. Dörd ildir bu işlə məşğul olan gənc sifarişlərin çoxluğundan onları vaxtında çatdırmaqda çətinlik çəkdiyini bildirib.