AQTA mütəxəssisləri tərəfindən metodiki vəsait hazırlanıb

Ölkəmizdə bitki sağlamlığının təmin olunması və təsərrüfatlarda zərərvericilərlə effektiv mübarizənin təşkil olunması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ardıcıl tədbirlər davam etdirilir.

Foodinfo.az xəbər verir ki, Agentliyin mütəxəssisləri tərəfindən bu istiqamətdə növbəti tədbir olaraq bitkiçilik sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, həmçinin təsərrfüatlarda işləyən əməkdaşların maarifləndirilməsi üçün pomidor minalayıcı güvəsi (Tuta absoluta) ilə bağlı risk təhlili həyata keçirilib, zərəvericilərə qarşı yeni mübarizə metodlarının aşılanması məqsədilə metodiki vəsait hazırlanıb.

AQTA-nin Bitki sağlamlığı şöbəsi tərəfindən bu istiqamətdə risk təhlilləri aparılmış və tərdib olunan sənəddə pomidor minalayıcı güvəsinin  fitosanitar risk səviyyəsi, karantin statusu, coğrafi yayılması, sahib bitkiləri, yayılma və daxiloma yolları, iqtisadi təsirləri və ona qarşı aparılan mübarizə tədbirləri öz əksini tapmışdır. Qeyd edək ki, pomidor minalayıcı güvəsinin fitosanitar riski istər daxili bazarda, istərsə də, ixrac üçün pomidorun və zərərvericinin digər qida bitkilərinin (badımcan, bibər və s.) istehlak əhəmiyyətli tərəvəz bitkiləri olması ilə əlaqələndirilmişdir.

Pomidor minalayıcı güvəsinin  yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsinə dair hazırlanmış digər  metodiki vəsit isə bu zərərverici üzərində müşahidləri və ona qarşı mübarizə tədbirlərinə dair ümumi tövsiyyələri, eləcə də zərərvericinin təcrid və ləğv edilməsi üzrə milli fitosanitar nəzarət sisteminin yaradılmasını əhatə edir. Qeyd edək ki, sənəd Bitki Mühafizəsi və Karantini üzrə Beynəlxalq Konvensiyasının 9 saylı (İSPM 9) standartına uyğun olaraq hazırlanmışdır.

Qeyd edək ki, elmi əsaslarla hazırlanmış və bitkiçilik sahəsində fəaliyyət göstərən sahibkarlara paylanılmış vəsaitdə zərərvericilərə qarşı müasir metodlarla ləğvetmə tədbirləri və zərərvericilərin digər ərazilərə yayılmasının qarşısınınn alınması ilə bağlı görüləcək zəruri tədbirlər öz əksini tapmışdır.

AQTA mütəxəssisləri tərəfindən hazırlanmış metodiki vəsaitləri aşağıdakı linkə daxil olub faylları yükləməklə əldə edə bilərsiniz.

– Respublika ərazisində pomidor minalayıcı güvəsinin (Tuta absoluta (Meyrick, 1917)) yayılmasının qarşısının alınması və yayılma mənbələrının məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər PLANI

– Pomidor minalayıcı güvəsinin (Tuta absoluta (Meyrick, 1917)) ekspres risk təhlili