Viruslara qarşı çay resepti

Zeytun yarpağı virus profilaktikasında istifadə edilsə, yaxşı olar. İstifadə etdiyim çayların tərkibində zeytun yarpağı 3-4 ədəd də olsa, olmalıdır.

Foodinfo.az xəbər verir ki, bunu həkim-fitoterapevt Elnur Eldaroğlu açıqlayıb. O, viruslara qarşı tərkibində zeytun yarpağı olan çay reseptini təqdim edib:

Hər zaman virus infeksiyaları (qrip, herpes, Koronavirus, adenovirus, rinovirus və s.) tüğyan edən dövrlərdə bu dəmləməni için.

Çayın resepti:

– Zeytun yarpağı 1 xörək qaşığı

– Cökə 1 xörək qaşığı

– İtburnu meyvəsi 5-6 ədəd

– Sarıkök 1 çay qaşığı

– Nanə yarpağı 1 xörək qaşığı

– Keçibuynuzu meyvəsi 2 ədəd

– 500 ml qaynar suda 15 dəqiqə dəmləyib gün ərzində içilir.

Ayda 21 gün etmək olar. İçilmədən öncə 1 çay qaşıq çiçək tozu və bal əlavə edin.