Azərbaycanda ötən gün peyvənd olunanların sayı açıqlandı

Martın 27-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 18,772 nəfər vaksinasiya olunub.

Foodinfo.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 526,401 nəfər peyvəndlənmə prosesində iştirak edib.