Samuxda qanunsuz ov edən saxlanıldı

Samuxda qanunsuz ov edən şəxs saxlanılıb.

Foodinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində Gəncə şəhər sakini Rəşid Əsgərovun, özünəməxsus, müvafiq icazə sənədləri olan “Valter” markalı tüfənglə Samux rayon ərazisində qanunsuz olaraq çöl quşlarını ovlaması müəyyən edilib.

R. Əsgərov qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılaraq RPŞ-yə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci (Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti orqana göndərilib.