Çərəz alarkən diqqətli olun, aflotoksin təhlükəsi var – VİDEO

“Çərəzləri düzgün şəraitdə saxlamadıqda zəhərli toksin – aflotoksin yaranır”.

Foodinfo.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisi Tərlan Qorçiyeva bildirib.

T.Qorçiyeva qeyd edib ki, aflotoksinə daha çox badam və fındıqda rast gəlinir:

“Məhsulun üzərində aflotoksinin əlaməti olan kiflər özünü pambıq kimi, bəzən də rəngli şəkildə göstərir. Hətta məhsulun gözlə görünməyən dərin qatlarına da nüfuz edə bilir”.