AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

Foodinfo.az-ın xəbərinə görə, nəzarət tədbirləri çərçivəsində 16 mart 2021-ci il tarixində ölkə üzrə 384 ictimai iaşə obyektində 651 monitorinq keçirilib. Monitorinqlər zamanı 37 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi ev 6 ünvanında yerləşən, fiziki şəxs Şirinov Rüfət Ramizoviçə məxsus “Kefli Local Wıne & Snacks” restoranı;

2. Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza ev 15 ünvanında yerləşən, fiziki şəxs Cabbarlı Ramiz Fikrət oğluna məxsus “Pızza Da Roma” restoranı;

3. Bakı şəhəri, Xətai Rayonu, Xocalı ev, Xətai metrosunun yanında yerləşən, fiziki şəxs Rəhimli Ramin Bilal oğluna məxsus “Ali Baba Dönər” evi;

4. Bakı şəhəri, Nizami rayonu, Abasov ev 4M ünvanında yerləşən, fiziki şəxs Mikayılov Vüqar Xamis oğluna məxsus çay evi;

5. Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi ev 2 m.10 ünvanında yerləşən, fiziki şəxs Cəfərova Qönçə Zeynalabdin qızına məxsus “Baku Dietic Cafe” restoranı;

6. Bakı şəhəri, Nərimanov ‎rayonu, Əliyev küçəsi ev 1106 ünvanında yerləşən, fiziki şəxs Mehtiyev Həbulla Rasim oğluna məxsus “Xan pub” restoranı;

7. Bakı şəhəri, Nərimanov ‎rayonu, Atatürk küçəsində yerləşən, fiziki şəxs Seyidov Cəlal İsmayıl oğluna məxsus “Park Fore” restoranı;

8. Bakı şəhəri, Xətai rayonu, Xocalı ev 29 m.44 ünvanında yerləşən, fiziki şəxs Elçin Balakişiyev Asif oğluna məxsus “Coffee Mode” restoranı;

9. Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi ev 26 ünvanında yerləşən, hüquqi şəxs “East Taun” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;

10. Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi ev 133, zirzəmi ünvanında yerləşən, fiziki şəxs Səmədov Ceyhun Mirabdulla oğluna məxsus çay evi;

11. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ev 146 ünvanında yerləşən, fiziki şəxs Məmmədzadə Mikayıl Şahin oğluna məxsus “Badam” çay evi;

12. Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi ev 256B m. – ünvanında yerləşən, fiziki şəxs Hacıyev Tural Səməd oğluna məxsus kafe;

13. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ev 556/57 m.B ünvanında yerləşən, fiziki şəxs Mehtiyev Yaşar Fehruz oğluna məxsus “Qoç Ət Fast Food” restoranı;

14. Bakı şəhəri, Yasamal rayonu, Şaiq küçəsi 241B ünvanında yerləşən, fiziki şəxs Əhmədov Elşad Fazil oğluna məxsus “City Pub” kafesi;

15. Bakı şəhəri, Yasamal rayonu, General Akim Abbasov küçəsi ev 9 m.1 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Cavid Rəşad oğluna məxsus “102 Xingalnaya” kafesi;

16. Bakı şəhəri, Yasamal rayonu, General A. Abbasov küçəsi ev 9 m.1 ünvanında yerləşən, fiziki şəxs Tağıyev İbrahim Həsənağa oğluna məxsus “Pürrəngi” kafesi;

17. Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ev 36A ünvanında yerləşən, fiziki şəxs Məmmədova İlhamə Məmməd Qızına məxsus “Alove” kulinariya kafesi;

18. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Azadlıq prospekti ev 184 ünvanında yerləşən, fiziki şəxs Eyvazov Natiq Quşad oğluna məxsus “Bakıda” restoranı;

19. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ ünvanında yerləşən, fiziki şəxs Talıbova Səbinə Faiq qızına məxsus “Öz Kardeşlər” kafesi;

20. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M. Fətəlıyev küçəsi, mənzil: (Qloria market ilə üzbə üz) ünvanında yerləşən, fiziki şəxs Şahbazov Kamran Elşad oğluna məxsus dönər evi;

21. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Z. Əliyev ev 27x ünvanında yerləşən, fiziki şəxs Ələkbərov Fizuli Qaraş oğluna məxsus kafe;

22. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2341 ünvanında yerləşən, fiziki şəxs Cəfərov Eldar Məcid oğluna məxsus kafe;

23. Bakı şəhəri, Xətai rayonunda yerləşən, fiziki şəxs Sadıqov Şahbaz Hüseyn oğluna məxsus “Ordubad” kafesi;

24. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Bəşir Bünyadov (Bakıxanov Qəs.) ev 4g M ünvanında yerləşən, fiziki şəxs Səlimova Səidə Rövşən qızına məxsus “Supreme Hotel” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;

25. Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsində yerləşən, fiziki şəxs Bağırov Səbuhi Məhəmmədli oğluna məxus “Şərq Food” kafesi;

26. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yerləşən, fiziki şəxs Mamedov Sadiq Mürsəl oğluna məxsus “Amigo” kafesi;

27. İsmayıllı rayonu, İvanovka ünvanında yerləşən, fiziki şəxs Xasməmmədov Bəhlul Yolçu oğluna məxsus kafe;

28. Salyan rayonu, Parça Xələc kəndində yerləşən , fiziki şəxs Əliyev Mehman Dünyamalı oğluna məxsus kafe;

29. Salyan rayonu, Aşağı Noxudlu kəndində yerləşən, fiziki şəxs Məmmədov Gülağa Böyükağa oğluna məxsus “Ayran” kafesi;

30. Saatlı rayonu, Qıraqlı kəndində yerləşən, fiziki şəxs Əzizov Elnur Bəziryan oğluna məxsus çayxana;

31. İmişli rayonu, İmişli şəhər S. Fətəliyev küçəsində yerləşən, fiziki şəxs Məmmədov Elnur Abdul oğluna məxsus dönərxana;

32. İmişli rayonu, İmişli şəhəri, Xanhüseyn oğlu Bəylərov küçəsində yerləşən, fiziki şəxs Əliyev Kamal Əziz oğluna məxsus “Nərgizim” qonaq evi;

33. Beyləqan rayonu, Beyləqan şəhərində yerləşən, fiziki şəxs Səfərov Əli Məcid oğluna məxsus “Xan qızı” yeməkxanası;

34. Beyləqan rayonu, Bolsulu kəndində yerləşən, fiziki şəxs Qasımov İlham İldırım oğluna məxsus “Buta” çay evi;

35. Gədəbəy rayonu, Zərifə Əliyeva küçəsində yerləşən, fiziki şəxs Hüseynov Röyal Məzahir oğluna məxsus “Nur” yeməkxanası;

36. Şəmkir rayonu, Çinarlı ŞTQ ünvanında yerləşən, fiziki şəxs Mahmudov Elşad Məmmədhüseyn oğluna məxsus çayxana;

37. Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən, fiziki şəxs Hüseynov Valeh Əli oğluna məxsus kafe;

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.