2 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 16 mart  2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 30 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb. Foodinfo.az-ın məlumatına görə,  həmin tarixdə 2 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.