FHN əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti Hazırda bütün dünyada davam edən pandemiya fonunda Azərbaycanda da “COVID-19” virusunun yayılması insanların həyat və sağlamlığı naminə Novruz bayramının bu il ənənəvi şəkildə qeyd olunmasını arzuolunmaz edir. 

Foodinfo.az xəbər verir ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, “COVID-19” infeksiyasının yayılmasının qarşısının alınması üçün ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, qarşıdan gələn qeyri-iş günlərini yalnız ailə üzvləri ilə keçirməyə, kütləvi məclislərdən və bir yerə toplanmaqdan çəkinməyə, şəxsi gigiyena qaydalarına riayət etməyə və qoruyucu maskadan istifadə etməyə çağırır.