Azərbaycan buğda idxalını 77%-dən çox azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 5,6 milyon ABŞ dolları dəyərində 22,29 min ton buğda idxal edib.

Foodinfo.az Dövlətt Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15,8 milyon ABŞ dolları (73,7 %) və ya 75,8 min ton (77,2 %) azdır.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 0,35 %-ni təşkil edib.