Qubada yük avtomobilindən alma yeşikləri yola dağılıb

Quba-Xaçmaz yolunda hərəkətdə olan yük avtomobilindən almalar yola dağılıb.

Foodinfo.az “Report”-a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində plastik yeşiklərə yığılmış almalar yola dağılıb.

Hadisəyə səbəb yük avtomobilinin yük yerinin örtük hissəsinin (tent) cırılması olub.