AQTA yanında İctimai Şuranın növbəti iclası keçirilib

Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsində vətəndaş cəmiyyəti institutlarının iştirakçılığını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın fəaliyyəti daha da genişləndirilir. Bu istiqamətdə İctimai Şura üzvlərinin növbəti iclası keçirilib.

Foodinfo.az xəbər verir ki, şuranın növbəti iclası ictimai iaşə müəssisələrində koronavirusun profilaktikası məqsədilə Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydalar və metodiki göstərişlərin tələblərinə əməl edilməsinə nəzarətlə bağlı həyata keçirilən monitorinqlərə həsr olunub.