Şamaxıda toyda 50 nəfər saxlanılıb

Şamaxı rayonunda  “Şirvangöl” restoranında xüsusi karantin rejimi qaydalarına zidd olaraq, gizli şəkildə toy məclisi təşkil edilməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Foodinfo.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polislər tərəfindən həmin obyektə baxış keçirilən zaman  orada 50-yə yaxın şəxsin biryerə toplaşaraq məclisdə iştirak etdiyi aşkar olunub.

Restoranı işlədən Kənan Fərmanov və məclisi təşkil edən 13 nəfər barəsində qanunverciliyə uyğun tədbir görülüb.