Gündə nə qədər limon yemək lazımdır?

Həkimlər az da olsa sutkada limon yeməyi tövsiyə edir. Bu sitrus meyvəsində xolesterin yoxdur, çoxlu kaliy, B, C, A vitaminləri var.

Çox miqdarda pektinə görə limon həzm sisteminə da yaxşı təsir edir.

Foodinfo.az  medicina.az-a istinadla gündə bir dəfə limon yeyəriksə, orqanizmdə nələr baş verəcəyini təqdim edir.

Limonun 4 əsas təsiri:

– Sutkalıq C vitamini ehtiyacının 50%-ni ödəyir

– Toksinləri çıxarır

– Bakterisid və iltihab əleyhinə təsir edir

– Qanı duruldur

Diyetoloqlar bildirir ki, limon iştahı artırır, mədə-bağırsaq, damar spazmlarını aradan qaldırır, beynin işini normallaşdırır.

Əhvalı yaxşılaşdırır, dəri problemlərini həll edir, yorğunluğu aradan qaldırır.

Limonu hər gün yemək lazımdır. Lakin normanı aşmaq olmaz.

Limonun sutkalıq yol verilən miqdarı 2-3 dilimdir.

Ondan çox qəbul etmək, baş gicəllənmə, baş ağrısı, mədə turşuluğu və C vitaminin çoxluğu sindromu ilə qarşılaşa bilərsiz.

Limonu alma kimi bütöv halda yemək olmaz. Doza həddini aşdıqda, 3 həftə ərzində onun qəbulunu dayandırıb, bol su içmək lazımdır.

Kimlərə olmaz:

– 3 yaşa kimi uşaqlara

– Qastrit və mədə xorası olanlara

– Mədəaltı vəzi xəstəliyində