AQTA ilə Azərbaycan Milli Antidopinq Agentliyi arasında görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında videokonfrans formatında görüş keçirilib.

Foodinfo.az xəbər verir ki, 26 fevral 2021-ci il tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayevanın iştirak etdiyi görüşdə “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyanın müvafiq maddələri (UNESCO International Convention against Doping in Sport. Article 10), idman qidaları barədə yerli qanunvericilik və mövcud tənzimləyici mexanizm müzakirə olunub.

Daha sonra idman qidasının dopinq vasitələrilə saxtalaşdırılmasına qarşı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.