Şabran sakini sirkə turşusu içərək ölüb

Şabranda sirkə turşusu içən şəxs xəstəxanada ölüb.

Foodinfo.az xəbər verir ki, “Report”un Şimal bürosunun verdiyi məlumata görə, rayonun H.Aslanov küçəsi ünvanında yaşayan 1980-ci il təvəllüdlü Zakir Şakir oğlu Rəsulov sirkə turşusu içib.

O, ağır vəziyyətdə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona sirkə turşusundan zəhərlənmə diaqnozu qoyulub.

Həkimlərin səylərinə baxmayaraq, Z.Rəsulov xəstəxanada ölüb. Onun ailəli olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.