AQTİ ilə Avstriyanın Qida və Sağlamlıq Agentliyi arasında görüş keçirilib

Qida təhlükəsizliyi, bitki sağlamlığı və heyvan sağlamlığı sahəsində qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, habelə qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun beynəlxalq təşkilatlarla və xarici ölkələrin analoji qurumları ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Foodinfo.az xəbər verir ki, 25 fevral 2021-ci il tarixində AQTİ ilə Avstriyanın Qida və Sağlamlıq Agentliyinin (AGES) nümayəndələri arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə AQTİ-nin fəaliyyəti ilə bağlı AGES-in nümayəndələrinə ətraflı məlumat verilib və bildirilib ki, AQTİ AGES-lə ikifərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Belə ki, bu istiqamətdə sıx əməkdaşlığın formalaşdırılması əlaqələrinin genişləndirilməsinə ciddi töhfə verəcəkdir.

Sonda AQTİ və AGES arasında Anlaşma Memorandumunun imzalanmasına dair fikir mübadiləsi aparılıb.