Azərbaycan məhsulları “Gulfood 2021” sərgisində

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2021” beynəlxalq ərzaq sərgisi başlayıb.

Foodinfo.az xəbər verir ki, bu barədə  İqtisadiyyat Nazirliyindən bildirilib.

Sərgidə Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə 15 Azərbaycan şirkəti pomidor, fındıq, balıq kürüsü, mineral sular, meyvə şirələri, limonad, qənnadı və un məmulatları, çay, mürəbbə və digər məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.

Fevralın 25-nə qədər davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici həmkarları ilə görüşəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.