Zaqatalada gecə saatlarında fəaliyyət göstərən çay evi aşkarlanıb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.

Foodinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, şəhərin Vidadi küçəsində yerləşən “Şirin həyat” adlı çay evinin gecə saat 12-dən sonra fəaliyyət göstərdiyi müəyyən olunub. Obyekti icarə əsasında işlədən rayonun Aşağı Tala kənd sakini Orxan Ramazanov və orada olan 6 nəfər polis şöbəsinə gətirilib.

Onların hər biri qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər.