Bakıda yarmarkalar keçirilir

Bu gündən etibarən Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunur.

Foodinfo.az Trend-ə istinadən xəbər verir ki, yarmakalar fevralın 21-ə qədər davam edəcək.

“Kənddən şəhərə” həftəsonu yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərir:

  • – Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
  • – Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
  • – Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A