Qızılağac Milli Parkının ərazisində ova cəhd edən şəxs saxlanılıb

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində ova cəhd edən şəxs saxlanılıb.

Foodinfo.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayonu Köçəkli kənd sakini Muxtar Orucov olduğu məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbir görülüb.