“Sərfəli” marketdə istehlaka yararsız məhsullar aşkar olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentlikdən Foodinfo.az-a bildirilib ki, daxil olan məlumat əsasında Agentlik əməkdaşları Şirvan şəhəri, T. İsmayılov küçəsində yerləşən fiziki şəxs Muradov Rövşən Məhəmmədəli oğluna məxsus “Sərfəli” marketdə yoxlama keçiriblər. Yoxlama zamanı ərzaq mağazasında istifadə müddəti bitmiş məhsullar aşkar edilib. Araşdırma zamanı müəssisədə malların saxlanılması və satışı qaydalarının, həmçinin sanitar norma və qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib. Mağazada istifadə müddəti bitmiş məhsulların satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.