Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə görüş keçirilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ilə Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AXİİA) rəhbəri Qadir Yusifov arasında onlayn formatda görüş keçirilib.

Foodinfo.az xəbər verir ki, görüşdə xurma istehsalında və ixracında sahibkarlıq subyektlərinin qarşılaşdıqları problemlər, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən göstərilən laborator xidmətlərin daha da optimallaşdırılması və Agentliyin mütəxəssisləri tərəfindən sahibkarlara zəruri metodiki köməkliyin göstərilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.