Rusiyada koronavirusdan bərpa üçün yoqurt istehsal edildi

Rusiyanın Voronejskiy vilayətində Kimya İnstututunda koronavirus xəstələrinə bərpada kömək edəcək müalicəvi yoqurt icad edilib.
Foodinfo.az xəbər verir ki, yoqurtun tərkibində çoxlu faydalı bakteriyalar var və o, xəstəlikdən sonra bağırsaq mikroflorasını bərpa edəcək.
Koronavirus xəstələrinə çoxlu antibiotik tətbiq edildiyindən onların bədənləri, bağırsaqları zərərli bakteriyalarla dolur. Bu da bədəni zəhərləyir, uzun müddət dispepsiya, asteniya yaradır.
Makro və mikro aləmi bərpa etmək sağalmağa qısa yoldur.
Satışda olan yoqurtlar bir qədər zəif olduğundan, elm adamları xüsusi yoqurt hazırlamaq qərarına gəldi.
Yeni texnoloji üsullarla hazırlanan yoqurtda yüksək konsentrasiyada lakto və bifidobakteriyalar var. Burda olan tərkib istənilən süd məhsulu və kefirdəkindən 2 dəfə çoxdur.
Bu yoqurt üçün seçilən süddə də antibiotiksiz yetişdirilən fermer inəklərindən alınır. Hər süd probiotikə uyğun deyil.