Bağırsağı zəhərləyən 3 qida

Alman həkim terapevt Tomas Frilinq bağırsaqları zəhərləyən 3 əsas qidanı açıqlayıb.
Foodinfo.az xəbər verir ki, həkim ilk növbədə şəkər və qəndi azaltmağı tövsiyə edir. Çünki o, bağırsaq mikroflorasında zərərli bakteriyaları çoxaldır.
Eləcə də kolbasa, sosis, hisə verilmiş ət və balıq məhsulları bağırsaqları deşir və xərçəngə səbəb olur. Qırmızı ət qəbulunu həftədə 300 qrama endirin.
Üçüncü zərərli yağlar- marqarin, trans yağ, mayonez və s. Onlar bağırsağı ciddi yükləyir və zəhərləyir.
Bağırsaqların selikli qişası üçün ən yaxşı qida lifli qidalardır. Bunlar da paxlalılar və tərəvəzlərdə boldur.
Xüsusən həzm problemi olan insanlar bu qidaları tamamilə menyudan çıxarmalıdır.