Bu qidalar ağciyəri təmizləyir

Çirkli hava, zərərli vərdişlər, hərəkətsizlik, qaydasız qidalanma bir çox orqana, xüsusi ilə də ağciyərə zərər verir. Lakin pəhriz yeməkləri və idmanla ağciyəri əvvəlki sağlamlığına qaytarmaq olar.

Ağciyəri bir çox xəstəliyə, o cümlədən koronavirusa qarşı da gücləndirmək lazımdır. Bəs güclü və sağlam ağciyər üçün hansı qidaları istehlak etməliyik?

Foodinfo.az Ağciyəri təmizləyən və qoruyan qidaları təqdim edir:

1.Zəncəfil

İltihab əleyhinə olan bu ədviyyat növü tənəffüs sistemindəki toksinlərin çıxarılmasına və ağciyərlərin təmizlənməsinə kömək edir.

2.Sarımsaq

Təbii antibiotik olan sarımsaq, ağciyərlərin davamlı fəlaiyyətini təmin edir və ağciyər xərçənginə qarşı qoruyucu təsir göstərir.

3.Kəklikotu

Tərkibindəki efir yağları nəfəs tıxanıqlığını aradan qaldırır. Öskürək və yuxarı tənəffüs yolu infeksiyalarının qarşısını alır.

4.Qara kök

Öskürək zamanı çox faydalıdır. Tərkibindəki vitamin və minerallar sayəsində güclü antioksidantlara sahibdir. Ağciyər xərçənginin yaranmasının qarşısnı alır.

5.Üzüm tumları

Tərkibndə “resveratrol” adlı kimyəvi birləşmə ağciyəri qoruyur. Xüsusilə ağciyər xərçənginə qarşı daha təsirlidir. Üzüm tumlarının çeynənilərək qəbul edilməsi tövsiyə olunur.