AQTİ laboratoriyalarının beynəlxalq akkreditasiyadan keçirilməsi işləri davam etdirilir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir, laboratoriyaların akkreditasiyadan keçməsi, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər görülür. İnstitutun Abşeron Regional Sınaq laboratoriyasının növbəti dəfə beynəlxalq akkreditasiyasına hazırlıq işləri görülür. Laboratoriyanın akkreditasiyasına hazırlıq və son görülən işlərlə bağlı idarəetmə sisteminə baxış keçirilib.
Baxış zamanı əsasən laboratoriyanın audit hesabatları, mümkün ola biləcək riskləri, İSO 17025 standartının tələblərinə uyğunluğu  müzakirə edilib.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, Abşeron Regional Sınaq Laboratoriyasının 2021-ci ilin birinci yarısında ölkənin əsas ixrac məhsulları üzrə Latviyanın akkreditasiya qurumu LATAK tərəfindən akkreditasiya olunması nəzərdə tutulur.
Qeyd edək ki, akkreditasiya sahəsinə- şərablarda, meyvə-tərəvəzdə, ət və ət məhsullarında təhlükəsizlik göstəriciləri üzrə müayinələr daxildir.