Gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq

Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb.

Foodinfo.az-ın xəbərinə görə, bu barədə Report-a açıqlamasında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

“Gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq. Sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatım yoxdur”, – İ.Məmmədov bildirib.