Azərbaycanda ötən il pərakəndə ticarət dövriyyəsinin dəyəri 1,3 % azalıb

2020-ci ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin dəyəri 40 mlrd 166,5 mln manat təşkil edib.

Foodinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 1,3 % azdır.

O cümlədən hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 27,9 % azalaraq 6 mlrd 998,4 mln manat olub.