Bakının ictimai iaşə dövriyyəsi 53% azalıb

2020-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 53,1% azalaraq 457,9 mln. manat təşkil edib.

Foodinfo.az xəbər verir ki, Bakı şəhəri Statistika İdarəsindən verilən məlumata görə, hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 34,2% azalaraq 293,3 mln. manata bərabər olub.

Qeyd edək ki, azalma koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə paytaxt ərazisində ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər səbəbindən baş verib.