AQTİ qida təhlükəsizliyi sahəsində yeni layihələrin qəbuluna başlayır

Azərbaycanda iqtisadiyyatın digər sahələrində olduğu kimi, qida təhlükəsizliyi sahəsində də müasir həllərin, ideyaların və yeni trendlərin inkişafı günün tələbinə çevrilmişdir. Ona görə də, müasir və ənənəvi yanaşmaların birgə sintezi və yeni innovasiyaların qida sahəsində tətbiqi müstəsna əhəmiyyət kəsb edir. Bu meylləri izləmək üçün bu istiqamətdə vətəndaşların layihə və ideyaları hər zaman maraq doğurur.

Foodinfo.az xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qurumun rəsmi saytında (afsi.gov.az-ın onlayn müraciət keçidi) elektron formada layihə qəbulu bölməsi yaradılmışdır. Burada qida seqmentində çalışan mütəxəssislər, istehlakçılar və tələbələr öz layihə və ideyalarını təqdim edə bilərlər.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu maraq doğuran və seçilən layihə və ideyaları həyata keçirəcək, eyni zamanda müəlliflər əməkdaşlığa cəlb olunmaqla müxtəlif mükafatlarla təltif olunacaqlar.

Layihələrin göndərilməsi 👉 bit.ly/35h3wP5