İsmayıllıda koronavirus xəstəsi ictimai məkanda aşkarlandı

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, Diyallı kənd sakini Q.Rəhmanlının infeksiyanın yayılmasına şərait yaratdığı müəyyən edilib.

Foodinfo.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, COVID-19 virusuna yoluxduğu üçün evdə müalicəyə cəlb edilməsinə, sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib.

Həmin şəxs ictimai məkanda hərəkətdə olarkən polislər tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılıb.

Q.Rəhmanlı barəsində İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.